206 sərnişin olan təyyarədə qapını açmaq istəyən sərnişinə hökm oxunub- VİDEO

206 sərnişin olan təyyarədə qapını açmaq istəyən sərnişinə hökm oxunub

Londondan Türkiyənin Dalaman şəhərinə reys həyata keçirən təyyarədə qapını açmağa çalışan Xloi Heynsə hökm oxunub. O, iki il müddətinə azadlıqdan məhrum edilib. 

Gununsesi.org xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Qeyd edək ki, hadisə ötən il baş verib. Həmin vaxt Heyns “ölmək istəyirəm”, “hamınızı öldürəcəyəm” ifadələri ilə göyərtəsində 206 sərnişin olan təyyarədə qapını açmağa çalışıb.

O, heyət üzvləri tərəfindən saxlanılıb. Təyyarə isə Kraliyyət Hava Qüvvələrinə aid iki qırıcının müşayiəti ilə Londonda “Stansted” Hava limanına geri qayıdıb.

Gununsesi.org

COMMENTS