Konsertində telefondan istifadəni qadağan etdi – Fotolar

Konsertində telefondan istifadəni qadağan etdi – Fotolar

Son zamanlar səhhətində ciddi problemlər yaranan dünyaca məşhur müğənni Madonna Londonda konsert verib. Gununsesi.org xəbər verir ki, təxirə salınan musiqili gecə “Madame X” turu çərçivəsində “Palladium”da reallaşıb. 

Popun kraliçası konsertində pərəstişkarlarına telefondan istifadə etməyi qadağan edib. Belə ki, konsert zalına gələn bütün qonaqların telefonları xüsusi hazırlanmış torbalara qoyulub.

Yerləşdirilən maqnit qıfıl sayəsində isə telefon avtomatik olaraq sönüb. Zalda rabitə vasitəsindən istifadə edənlərə də rast gəlinib. Onlar mühafizəçilər tərəfindən məkandan uzaqlaşdırılıblar.

500 sterlinqə bilet alan tamaşaçıqlar bu qadağadan narahat olmayıblar, əksinə sənətçini dəstəkləyiblər.



Gununsesi.org

COMMENTS