“Fransa Ermənistanın yanında olmağa, sadəcə, borcludur…”
Gununsesi.org xəbər verir ki, Ermənistan saytlarının yaydığı məlumata görə, bunu Fransa Prezidenti Emanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (“CCAF”) ənənəvi illik şam ziyafəti zamanı söyləyib.
“Biz çoxminillik bir millətin çox gənc bir dövlətinin gücü sayəsində yaradılan demokratiya və inqilabın sayəsində qazanılan uğurları nəzərə alaraq bunu etməliyik “-deyə ATƏT-in Mİnsk Qrupunun həmsədr ölkələrindən birinin lideri işğalçı Ermənistana arxa durmağını belə əsaslandırıb.
Makron daha sonra digər həmsədr ölkə liderlərinə də xas olan ənənəvi ütülü fikirləri səsləndirib:
“Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu icra edir və sülh danışıqlarının davam etdirilməsində əsas zaminlərdən biridir”.
Daha sonra Fransa prezidenti həm Ermənistan baş naziri, həm də Azərbaycan Prezidenti ilə təmasda olduğunu qeyd edərək tərəflər arasında mövcud müntəzəm əlaqələrin gərginliyi azaltmaq(!) baxımından mühüm amil olduğunu diqqətə çatdırıb…
“Dağlıq Qarabağı münaqişəsinin həll olunmaması Avropada təhlükəsizlik və etimad sisteminin bərqərar edilməsi yolunda əngəldir”, -deyə Emanuel Makron, nəhayət, gerçəyə yaxın bir fikir səsləndirib.
Gununsesi.org
COMMENTS