Meyxanaçı Oqtay Kamil ARB kanalının efirində müzakirələrə səbəb olacaq açıqlama verib.
Gununsesi.org xəbər verir ki, ifaçı qadınlara avtomobil idarə etməyi yaraşdırmadığını söyləyib.
“Qadınlara maşın sürməyi qadağan edərdim. Qadın ev işi üçün yaranıb, maşın isə kişi üçün…”, -deyə Kamil bildirib.
O, efirdə digər qonaqların fikrinə qoşularaq xanımların avtomobil sürə bilmədiyini iddia edib. Daha sonra müğənni İzzət Bağırov fikir bildirərək xanımların hər kəsin gözü qarşısında qədəh qaldırmasını, sağlıq deməsini bəyənmədiyini deyib. O, eyni zamanda kişilərin saçlarını rəngləməyinə də müsbət baxmadığını vurğulayıb.
COMMENTS