Saatlı şəhəri M.F.Axundov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org xəbər verir ki, qəza yanvarın 29-da saat 23 radələrində qeydə alınıb.
Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı RPŞ-yə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə arxadan vurub
Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər.
Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.
Gununsesi.org
COMMENTS