İtaliyada kruiz gəmisi koronavirusa görə karantinə alınıb.
Gununsesi.org “Express”ə istinadən xəbər verir ki, buna səbəb Çivitavekkya şəhərinin limanına yan alan, 6000 sərnişini və 1000 ekipaj üzvü olan “Costa Smeralda” gəmisində honkonqlu ər-arvadda yoluxucu virusun əlamətlərinin aşkarlanmasıdır.
Məlumata görə, digər sərnişinlərin də gəmini tərk etməsinə qadağa qoyulub.
Xatırladaq ki, Çinin Hubey vilayətinin Uhan şəhərində yayılmağa başlayan yeni koronavirus nəticəsində 170 nəfər ölüb, yoluxanları sayı isə 7710-u ötüb. Yoluxucu virus indiyə qədər ABŞ, Fransa, Almaniya, Cənubi Koreya, Avstraliyanın da olduğu ən azı 22 ölkədə aşkarlanıb.
Gununsesi.org
COMMENTS