“Keşlə” danışılmış oyunlarla əlaqədar AFFA İntizam Komitəsi tərəfindən futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulan 2 əməkdaşı ilə müqaviləyə xitam verib.
Gununsesi.org xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.
“Keşlə” əsas komandanın məşqçisi Mehman Babayev və klub rəsmisi Asəf Səfərovla vidalaşıb.
Qeyd edək ki, adıçəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubunda çalışarkən oyunların manipulyasiyasında iştirak etdiklərinə görə bir müddət əvvəl hüquq-mühafizə orqanlarına izahat veriblər.
Gununsesi.org
COMMENTS