Almaniyalı deputat: “ABŞ prezidenti Avropanı iqtisadi cəhətdən tabe etməyə cəhd göstərir”

Almaniyalı deputat: “ABŞ prezidenti Avropanı iqtisadi cəhətdən tabe etməyə cəhd göstərir”

“ABŞ prezidenti Donald Tramp Avropanı iqtisadi cəhətdən tabe etməyə cəhd göstərir. Dostlar bir-biri ilə belə davranmır”.

Gununsesi.org “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri Almaniya Sosial-Demokrat Partiyasının həmsədri, parlamentin üzvü Norbert Valter-Boryans bildirib.

Onun sözlərinə görə, ABŞ təbii qaz kəməri ilə bağlı qərarın qəbul edilməsində iştirak etməməlidir.

Qeyd edək ki, ABŞ Rusiyadan çəkilən “Şimal axını-2” təbii qaz layihəsinə görə Almaniyaya sanksiya tətbiq edib.

 

Gununsesi.org

COMMENTS