Bu gün və sabah bütün məktəblərdə dərs günüdür

Bu gün və sabah bütün məktəblərdə dərs günüdür

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, bu gün ölkənin bütün orta ümumtəhsil müəssisələrində dərs günü olacaq.

Gununsesi.org Təhsil Nazirliyinə istinadən məlumat verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Bu qərara müvafiq olaraq, dekabrın 28,29 və 30-da bütün təhsil müəssisələrində dərs günü hesab edilir. Bütün məktəblərdə tədris yanvarın 7-də başlanılır.

Gununsesi.org

COMMENTS