Quterreş Trampın qərarını tənqid etdi

Quterreş Trampın qərarını tənqid etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş, ABŞ prezidenti Donald Trampın Dünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirməni dayandırmaq qərarını tənqid edib.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, Baş katibi Quterreş, ABŞ Prezidenti Trampın ÜST-nın qərarı ilə əlaqədar dediyi sözlərə, “ÜST və ya hər hansı bir humanitar təşkilatın koronavirusla mübarizədəki qaynaqlarını azaltmağın vaxtı deyil, həmrəyliyin vaxtıdır” deyə tənqidi fikirlərini bildirib.

COVID-19 epidemiyasının dünyanın ən təhlükəli problemlərindən biri olduğunu bildirən Quterreş, epidemiya ilə mübarizədə qalib gəlmək üçün Ümumdünya Səhiyyə Təşkilatına dəstəyin vacib olduğunu da qeyd edib.

Gununsesi.org

COMMENTS