Kanalda batan 37 yaşlı kişinin meyiti tapıldı

Göyçayda kişi su kanalında batıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Hacalıkənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, Ağdaş rayon sakini 1987-ci il təvəllüdlü İlkin Bəhram oğlu Seyidov Yuxarı Şirvan kanalının Göyçaydan keçən hissəsində suya düşüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Suda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.

***

Ötən gün Göyçayın Hacalıkənd kəndində su kanalında batan 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini İlkin Bəhram oğlu Seyidovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info