Kənan Quluzadəyə yüksək vəzifə verildi - FOTO

Dövlət Turizm Agentliyinin (DTA) sədrinə yeni müşavir təyin olunub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı DTA sədri Fuad Nağıyev əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Kənan Quluzadə təyin olunub.

Qeyd edək ki, K.Quluzadə bu təyinatadək Agentliyin mətbuat katibi vəzifəsində çalışıb.

Gununsesi.info