Məlahət İbrahimqızı Dağlıq Qarabağda keçirilən qondarma “seçkilərdən” yazdı

Məlahət İbrahimqızı Dağlıq Qarabağda keçirilən qondarma “seçkilərdən” yazdı

Millət vəkili Məlahət İbrahimqızı özünün Facebook hesabında yeni yazı ilə çıxış edib.
 Gununsesi.org həmin yazını sizə təqdim edir:
“Bildiyimiz kimi, bu ilin 31 Martında beynəlxalq hüququn bütün prinsiplərini pozan işğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağda qeyri-qanuni seçkilər keçirildi. Dünyanın koronavirus pandemiyası ilə mübarizədə həmrəylik göstərdiyi dövrdə təcavüzkar Ermənistanın bu davranışı onun humanitar norma və bəşəri dəyərlərdən çox uzaq olan mahiyyətini bir daha nümayiş etdirdi. İşğalçı dövlətin növbəti təxribatına ATƏT-in Minsk Qrupu, ATƏT PA, Aİ kimi beynəlxalq təşkilatlardan təpki bildirilsə də, çox təəssüf ki, fəaliyyəti ədalətsizlik və ikili standartlar üzərində qurulan AŞPA-dan bugünədək münasibət bildirilməmişdir. Əslində, AŞPA-nın bu mövqesizliyini bu təşkilatın öz nizamnaməsinə eləcə də beynəlxalq hüquqa qarşı olan mövqesizlik kimi də qəbul etmək olar. Sözsüz ki, AŞPA-nın bu susqunluğu Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələri tərəfindən, eləcə də Milli Məclis tərəfindən sərt tənqid edilmişdi. Milli Məclisin sonuncu plenar iclasında xanım spiker Sahibə Qafarova AŞPA-nın ermənipərəst mövqeyini tənqid edərək, Parlament adından da tənqidi və qınayıcı məktub göndərildiyini də bildirmişdi. Əslində AŞPA-nın mövqesizliyini bu təşkilatın təkcə öz nizamnaməsinə qarşı deyil, həm də beynəlxalq hüquqa qarşı mövqesizlik kimi də qiymətləndirmək olar.
Bugünlərdə, 14 fevralda Nazirlər Kabinetinin 2020-ci ilin birinci rübün yekunlarına həsr edilmiş video-müşavirədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin AŞPA-nın Azərbaycana qarşı növbəti qərəzli mövqeyini ifşa etmişdi. Möhtərəm Prezidentimizin bu qətiyyətli və çox kəskin tənqidindən sonra nəhayət dünən Avropa Şurası Media Direktorluğu, Avropa Şurasının Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”ə münasibət bildirməyə məcbur olmuşlar. Avropa Şurası Media Direktorluğu, bu “seçkilər “in tanınmamasını, Avropa Şurasının, Nazirlər Komitəsi və Parlament Assambleyasının müvafiq qərar və sənədlərində bütün üzv dövlətlərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətlə yanaşdıqlarını qeyd etsələr də, onların bu gecikmiş mövqeləri ermənipərəst imiclərini ört-basdır edə bilmir. VI Çağırış Milli Məclisinin ilk iclasında çıxış edən möhtərəm Prezidentimiz millət vəkillərinin 5 illik fəaliyyətlərinin yol xəritəsi idi. Bu mənada Prezidentimizin çıxışında vurğuladığı kimi millət vəkillərinin beynəlxalq təşkilatlarda əsas vəzifələri işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa etməklə bərabər, erməni lobbisinin təsirində olan beynəlxalq təşkilatların qərəzli, anti-Azərbaycan mövqeyinə qarşı prinsipial mübarizə olacaqdır”.

COMMENTS