
İsveçin xarici işlər naziri An Linde Belarusun Rusiyanın Ukraynaya hərbi təcavüzündəki mövqeyinə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.
“Belarusun Ukraynaya qarşı təcavüzdə iştirakı və konstitusiyaya dəyişikliklə bağlı dünənki referendumu, əsassız həbslər və davam edən ağır siyasi repressiyaları pisləyirik. Bu hərəkətlər beynəlxalq hüquqa və demokratik prinsiplərə ziddir”, – deyə paylaşımda bildirilib.
Gununsesi.info