
Çoxsaylı itkilərə baxmayaraq, Rusiya Ordusu öz əsas məqsədindən – Kiyev üzərində nəzarəti əldə etməkdən vaz keçmir.
Gununsesi.info “Unian.net” saytına istinadən xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Çoxsaylı itkilərə və hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən – Kiyevi ələ keçirməkdən vaz keçmir. Şəhərin müdafiə qüvvələri tərəfindən düşmənə müqavimət göstərilir”, – açıqlamada deyilir.
Polesye, Xomutovka, Qluxov və Baturin istiqamətində hücumların qarşısının alındığı da əlavə olunub.
Ukrayna tərəfi Rusiya Ordusunun Nikolayev və Mariupol şəhərlərini ələ keçirmək cəhdlərindən də vaz keçmədiyini bildirib.
Gununsesi.info