
“Rusiyanın cavabları əsasən məqsədəuyğunluq və öz maraqlarımız nöqteyi-nəzərindən qurulacaq. Biz maraqlarımıza uyğun olanı edəcəyik”.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Qərbin sanksiyalarına cavab olaraq öz maraqlarına uyğun hərəkət edəcək: “Cavab planları var, onlar işlənib hazırlanıb və hazırda vaxtı gözləyirik”.
Qeyd edək ki, Rusiya Ukraynada müharibə başlatmasına görə Qərbin ağır sanksiyalarına məruz qalıb.
Gununsesi.info