Zelenski Ukraynanın Aİ-yə üzvlüyü üçün ərizəni imzalayıb - "İndi tarix yazılır!"

  • By admin
  • 28 Fevral 2022 21:02

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.

Gununsesi.info “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

“Zelenski tarixi sənədi – Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladı”, – Sibiqa feysbukda bildirib.

Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.

“Sənədlər artıq Brüssel yolundadır! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm. İndi tarix yazılır!”, – Sibiqa əlavə edib.

 

 

Gununsesi.info