
Rusiya Prezidenti Vladimir Putin ona qarşı sanksiyaların tətbiqinə laqeyd yanaşır, lakin dövlət başçısına qarşı sanksiyaların elan edilməsi faktının özü absurddur.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“O, kifayət qədər laqeyddir. Sanksiyalarda aktivlər və s. bağlı kifayət qədər absurd müddəalar var. Amma hamı bilir ki, prezidentin hər il elan edilən sərvətdən başqa heç bir sərvəti yoxdur, bir mənzil və bir sıra digər bank əmanətləri var. O, buna görə də rahatdır”, – Peskov bildirib.
Gununsesi.info