Ukraynada şəhər meri dövlətə xəyanətdə ittiham olunur

  • By admin
  • 28 Fevral 2022 20:04

Xarkov vilayətinin Kupyansk şəhərinin meri Gennadi Matseqora dövlətə xəyanətdə ittiham olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Baş prokuroru İrina Venediktova özünün “Facebook” səhifəsində yazıb.

Venediktovanın sözlərinə görə, şəhər meri Rusiya qüvvələri ilə əməkdaşlıq edib.

O, rusiyalı hərbçiləri ərzaq və digər məhsullarla təmin edib.

Gununsesi.info