Alyaska sahillərində güclü zəlzələ baş verib

  • By ilhame
  • 21 Dekabr 2023 20:06

Alyaska sahillərində 6,3 maqnitudada zəlzələ baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 

Zəlzələnin episentri 300-ə yaxın insanın yaşadığı Adak kəndindən 106 km cənub-şərqdə, 33 km dərinlikdə yerləşir.

 

Sunami təhlükəsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

 

Gununsesi.info