
Yazıçı- publisist, “Olaylar” qəzeti və eyniadlı Agentliyin baş redaktoru Yunus Oğuz növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizəd olacağını açıqlayıb.
Gununsesi.info “olaylar”a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib.
Y. Oğuz yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib.
Xatırladaq ki, Y. Oğuz 2003-cü ildə keçirilən prezident seçkilərində də namizəd olub və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.
Gununsesi.info