
Ermənistan noyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçiriləcək tədbirlərində iştirak etməyəcək, lakin planlaşdırılan sənədlərin qəbuluna etiraz etmir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı nümayəndəsi bildirib.
2024-cü il noyabrın 28-də Astanada Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası, eləcə də KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək.
Tədbirlərdə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov iştirak edəcək.
Qırğız Respublikasının 2025-ci ildə Təşkilatda sədrliyinin prioritetləri barədə məlumat verməsi planlaşdırılır.
Gununsesi.info