Qusarlı iş adamı dünya milyarderlər siyahısında

Qusarlı iş adamı dünya milyarderləri reytinqinə daxil edilib.

Gununsesi.info xəbər verir ki, “Forbes” jurnalının yeni siyahısında Seyfəddin Rüstəmov da yer alıb. O, “Metafraks” şirkətinin prezidentidir. Şirkət Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qətranlar istehsalçısıdır. Biznesmenin sərvəti 1,3 milyard dollar təşkil edir.

HTML tutorial

Seyfəddin Rüstəmov 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisasca iqtisadçıdır. Seyfəddin Rüstəmov hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır.

Gununsesi.info