İsrailin piyada və tankları lokal reydlər məqsədilə Qəzza zolağına daxil olub

  • By ilhame
  • 13 Oktyabr 2023 22:58

İsrailin piyada birlikləri və tankları lokal reydlər keçirmək məqsədilə Qəzza zolağına daxil olub.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan “Fox News”a məlumat verib.

“Fox News” müxbiri Trey İnqst qeyd edib ki, bu addım İsrailin Qəzzada quru əməliyyatının başlanğıcı deyil.

Bununla belə İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə irimiqyaslı zərbələr endirməyə başladığını elan edilib.

Gununsesi.info