
Çində 2 yaşlı qızı və 1 yaşlı oğlunu qeyri-qanuni münasibətdə olduğu qadınla birlikdə 15-ci mərtəbədən ataraq öldürən ata edam edilib.
Gununsesi.info xəbər verir ki, cütlüyün hansı üsulla edam edildiyi ictimaiyyətə açıqlanmayıb.
2 noyabr 2020-ci ildə Çinin Çonqinq şəhərində Zhang Bo 2 yaşlı qızını, 1 yaşlı oğlunu münasibətdə olduğu Ye Çençenlə birlikdə pəncərədən ataraq öldürüb. Məhkəmə prosesindən sonra cütlük “qəsdən adam öldürmə” maddəsi ilə edam cəzasına məhkum edilib.
CÇonqinq məhkəməsinin 11 may 2023-cü il tarixində açıqladığı əsaslandırılmış qərarda, Zhang Bonun Ye ilə evli olduğu müddətdə ona ailə vəziyyəti barədə məlumat vermədən qeyri-münasib münasibətə başladığı, lakin Ye bunu öyrəndikdən sonra əlaqəni kəsmədiyi bildirilib.
Bildirilib ki, çinli kişi 2020-ci ilin fevralında həyat yoldaşından boşandıqdan sonra Ye iki uşağı cütlüyün evliliyinə ən böyük maneə kimi görüb və dəfələrlə Zhangi uşaqları öldürməklə hədələyib.
Qeyd olunub ki, 2 noyabr 2020-ci ildə Zhang cütlüyün iki uşağını 15-ci mərtəbədəki evlərinin pəncərəsindən ataraq öldürüb və hadisəni “qəza kimi göstərməyə” çalışıb. İki təqsirləndirilən şəxsin əməllərinin “qanun və əxlaqın qırmızı cizgilərinə meydan oxuduğu, cəmiyyətin vicdanını tapdaladığı” vurğulanıb.
Cütlüyə verilən edam cəzasının ötən yanvarın 31-də icra edildiyi açıqlanıb.
Edam üsulu ilə bağlı heç bir məlumat verilməsə də, ölkədə daha çox öldürücü iynə və ya güllələnmə üsulundan istifadə edilir.
Gununsesi.info