İsrail ordusunda Android telefonları qadağan edildi

İsrail ordusu yüksək rütbəli zabitlər üçün Android telefonlarını qadağan etmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

“Gözlənilən əmrə əsasən, polkovnik-leytenant və ondan yuxarı rütbəli komandirlərə rəsmi rabitə üçün yalnız Ayfon telefonlarından istifadə etməyə icazə veriləcək.

Hesabata görə, bu addım yüksək rütbəli zabitlərin telefonlarına müdaxilə riskini azaltmaq məqsədi daşıyır”, – məlumatda bildirilib.

 

Gununsesi.info