Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Artıq o, şübhəli şəxs qismindən təqsirləndirilən şəxs statusuna çevrilib.
Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, AXCP sədrinin ilkin dindirilməsi başa çatıb.
Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanı Səbail Rayon Məhkəməsinə vəsatət verib.
Əli Kərimlinin bu gün məhkəməyə çıxarılacağı gözlənilir.
AXCP sədrinin hüquqlarını öz tələb etdiyi vəkillər Fəxrəddin Mehdiyev və Aqil Layic müdafiə edir.
Qeyd edək ki, Əli Kərimli PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Afət












