Korrupsiya qalmaqalı və bu çərçivədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın istefası Ukraynada siyasi vəziyyəti daha da gərginləşdirib.
Gununsesi.info xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.
“Siyasi qeyri-müəyyənlik artır və çox sürətlə genişlənir. İndi bundan sonra nə baş verəcəyi ilə bağlı proqnoz vermək çətindir”, – Peskov söyləyib.
Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Ofisinin rəhbəri Andrey Yermakın istefa verdiyini elan edib. Yermak korrupsiya ilə bağlı evində axtarışlar aparılması fonunda istefaya gedib.













