Messi yeni rekorda imza attı

  • By Ayshan
  • 30 Noyabr 2025 11:11

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi tarixin ən çox məhsuldar ötürmə edən oyunçusu olub.

Gununsesi.info xəbər verir ki, argentinalı hücumçu buna MLS-in pley-off mərhələsinin “Nyu-York Siti” ilə oyununda məhsuldar ötürmə edərək nail olub.

38 yaşlı futbolçu karyerasında 405-ci məhsuldar ötürməsini edərək bu göstəricidə rekordçu olan əfsanəvi macar hücumçu Ferens Puşkaşı (404) geridə qoyub.

Qeyd edək ki, “İnter Mayami” “Nyu-York Siti”ni 5:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Gununsesi.info