Yağış, qar yağacaq – XƏBƏRDARLIQ

  • By Ayshan
  • 30 Noyabr 2025 12:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-a bildirilib ki, dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Gununsesi.info