İsrail-Fələstin savaşı Qırmızı dənizə sıçradı – Gəmilərə PUA hücumu

ABŞ ordusu Qırmızı dənizdə ticarət gəmilərinə yönəlmiş hücumların qarşısının alındığını bildirib.

Gununsesi.info xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) X sosial media platformasında yayılan açıqlamasında Qırmızı dənizin cənubundakı beynəlxalq quru sularında 3 ticarət gəmisinə 4 hücum edildiyini açıqlayıb.

Qırmızı dənizin cənubundakı ABŞ donanmasının tabeliyində olan “USS Carney” gəmisinə hücum edən 3 PUA vurulub.

Yəməndəki husilərin nəzarətində olan bölgədən atılan bir raketin “Unity Explorer”adlı gəminin yaxınlığına düşdüyü, daha sonra başqa bir raketlə vurulan gəmidə yüngül xəsarət əmələ gəldiyi bildirilib. Yəməndən atılan bir raketlər Panama bayraqlı “M/V Number 9” gəmisində də xəsarət yaratdığı bildirilən açıqlamada gəminin vurulduğu, lakin hər hansı zədələnmə olmadığı qeyd edilib.

Açıqlamada sözü gedən hücumların dəniz təhlükəsizliyinə və beynəlxalq ticarətə qarşı təhdid yaratdığı bildirilib. Qeyd edilib ki, Yəməndəki husilərin düzənlədiyi hücumların İranın dəstəyi ilə gerçəkləşdirilib.

Gununsesi.info