
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin dövlət başçısını vəzifəsindən uzaqlaşdırmaq məqsədi ilə yeni “Maydan” hazırlaya biləcəyindən ehtiyat edir, eyni zamanda Rusiyanı bu cür sabitliyi pozmağa cəhddə ittiham edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” Ukrayna liderinin xarici mətbuat nümayəndələri ilə görüşündən sonra məlumat yayıb.
“Biz bu cür məlumatları kəşfiyyatımızdan və tərəfdaşlarımızdan alırıq”, – deyə Zelenski bildirib.
Zelenski deyib ki, söhbət Rusiyanın Ukraynada dövlət çevrilişi etmək məqsədi ilə hazırladığı müəyyən “Maydan-3” əməliyyatından gedir.
Son vaxtlar Ukrayna mediası Ukraynanın hakim dairələri arasında fikir ayrılıqları barədə fəal şəkildə yazır. Xüsusilə, onlar Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı da daxil olmaqla, ali hərbi komandanlığın nümayəndələri arasında ziddiyyətlərə işarə edirlər. Zalujnının özü bundan əvvəl Britaniyanın “The Economist” jurnalında Kiyevin hücum strategiyasını tənqid edən məqalə dərc etmişdi.
Gununsesi.info