“İşçi işdən çıxarıldı, amma səbəb göstərilmədi” - Qanun nə deyir?

Bəzən işçi işdən çıxarılan zaman xüsusi bir səbəb göstərilmir.

Daha dəqiq, “Rəhbərliyin qərarıdır” fikri əsas götürülür.

Maraqlıdır, “rəhbərliyin qərarıdır” deyərək işdən çıxarılan işçi nə edə bilər?

Gununsesi.infoya bu barədə hüquqşünas Rəşad Səfərov danışıb.

O bildirib ki, əmək münasibətlərində işdən çıxarma yalnız qanunda nəzərdə tutulan əsaslarla mümkündür. İşçiyə əmrin surəti təqdim olunmalı və konkret səbəb göstərilməlidir. Əgər səbəb göstərilməyibsə və ya formal xarakter daşıyırsa, işçi məhkəməyə müraciət edib işə bərpa, məcburi iş buraxmaya görə əməkhaqqı, bəzi hallarda isə mənəvi zərər tələb edə bilər. Bir çox insan düşünür ki, “özəl şirkətdir, istədiyini edə bilər”. Ancaq bu, doğru deyil.

Orxan

Gununsesi.info