BMT RƏSMİSİ: 2030-cu proqramda qadınların imkanlarının genişləndirilməsi əsas istiqamət olmalıdır

“2030-cu il üçün hazırlanan proqramda qadınların imkanlarının genişləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır. Qadınların layiqli həyat şəraiti təmin edilməli, xüsusilə uyğun yaşayış mühitləri yaradılmalıdır”.

Gununsesi.info bildirir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı” mövzusunda çıxışı zamanı deyib:

“Qadınların pul vəsaitlərinə çıxışı asanlaşdırılmalı, borc imkanlarından istifadə etmələri üçün şərait yaxşılaşdırılmalıdır. İlk növbədə qadın hüquqları tam təmin edilməlidir və bu sahədə məlumat boşluğu aradan qaldırılmalıdır.

Qadınların və onların ailələrinin daha yaxşı yaşaması üçün rəhbərlik və rəsmi qurumlar birgə fəaliyyət göstərməli, proqramın hazırlanması və icrası birlikdə həyata keçirilməlidir.

Bir çox yerlərdə böhranlı vəziyyətlər yaşanır və bu, nəzərə alınmalıdır. Böhranlardan sonra cəmiyyətin yenidən uyğunlaşması və sosial sabitliyin bərpası üçün sistemli yanaşma tətbiq edilməlidir”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info