İranın yeni Ali lideri Müctəba Xamenei zənginləşdirilmiş uranın İrandan çıxarılmasını qadağan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Xatırladaq ki, rəsmi Tehranın sülh müzakirələrinə qayıtmaq üçün irəli sürdüyü 5 əsas şərtə qarşı ABŞ də öz sərt tələblərini irəli sürüb. Bu şərtlərdən biri də 400 kiloqram zənginləşdirilmiş uranın təcili olaraq İrandan ABŞ-yə aparılmasıdır. Daha əvvəl mayın sonunda Pakistanın ABŞ və İran arasında keçiriləcək yeni danışıqlar raunduna ev sahibliyi edəcəyi ilə bağlı xəbər yayılıb.











