İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eshaqi ABŞ-İsrail hücumu nəticəsində həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun SEPAH) komandanı general-mayor Əhməd Vəhidi bildirib.
“Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eshaqinin və onun bir neçə ailə üzvünün Amerika-sionist cinayətkarlarının terror hücumunda şəhid olması münasibətilə başsağlığı verirəm”, – deyə “Tasnim” agentliyi onun bəyanatını sitat gətirib.











