Hakan Fidan Quterreşlə regiondakı vəziyyəti müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı bölgədəki vəziyyət və müharibəni (ABŞ ilə İsrailin İrana qarşı savaşı) sona çatdırmağa yönəlmiş fəaliyyətlər müzakirə edilib.

Gununsesi.info