Goranboyda piyadanı maşın vurub öldürdü

Goranboyda 63 yaşlı kişini maşın vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1963-il təvəllüdlü Zaur Hüseynovu vurub.

Piyada Gəncə şəhərində yerləşən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info