İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri, general Cəmşid Eşaqi ABŞ və İsrailin həyata keçirdiyi hücum zamanı ölüb.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, general-mayor Əhməd Vahidi rəsmi açıqlama verib.
“Tasnim” komandanın bəyanatından sitat yayımlayıb:
“Silahlı Qüvvələrin Baş Qərargah rəhbərinin müşaviri Cəmşid Eşaqi və onun bir sıra ailə üzvlərinin terror hücumu nəticəsində şəhid olmaları ilə əlaqədar başsağlığı diləklərimi çatdırıram”. (Oxu.az)










