İranda 15 terrorçu zərərsizləşdirildi

  • By Mina
  • 04 Aprel 2024 11:35

İranın Rask və Çabahar şəhərlərində polis məntəqələrinə hücum edən 15 terrorçu zərərsizləşdirilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) yayıb.

 

Daha əvvəl yayılan məlumatda 8 terrorçunun öldürüldüyü bildirilirdi.

 

Qeyd edək ki, hücum gecə saatlarında “Ceyş əl-Ədl” qruplaşmasının üzvləri tərəfindən həyata keçirilib. Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının 5 əməkdaşı həlak olub.

 

Gununsesi.info