İran-İsrail arasında müharibə havası -General mesaj göndərdi

“Tezliklə İsrailə ölümcül zərbələr endirələcək.”

 

Gununsesi.info xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü, briqada generalı Ramazan Şərif Tehranda keçirdiyi mətbuat konfransında İranın Dəməşqdəki konsulluq binasına edilən hücumlardan danışarkən deyib.

 

O, bildirib ki, İsrail son məğlubiyyətlərinə görə İnqilab Keşikçiləri Ordusu komandirlərindən qisas almağa çalışır:

“Onlar heç bir yerə çata bilməyəcəklər və bu hərəkətlərlə mühafizəçilərimizin motivasiyası ikiqat artacaq və inşəAllah tezliklə sionist rejimə daha ölümcül zərbələrin şahidi olacaqsınız”– deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 1 İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına hava hücumu nəticəsində 2 general olmaqla 7 nəfər həlak olub.

 

 

 

Şəbnəm

Gununsesi.info