
Rusiya Xarici İşlər Nazirliyi Avstriyanı Vyananın iki rus diplomatını ölkədən çıxarmaq qərarı ilə bağlı cavab tədbirləri ilə hədələyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN-in martın 14-də yaydığı məlumatında deyilir.
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Avstriya hakimiyyəti Rusiyanın Avstriyadakı səfirliyinin iki diplomatına qarşı əsassız olaraq “persona non-qrata” elan edib.
“Rusiya tərəfi Vyananın bu son qeyri-dost addımını qətiyyətlə pisləyir və bunun nəticələri tamamilə Avstriya hakimiyyətinin üzərinə düşür. Vaxtında cavab tədbirləri görüləcək”, – məlumatda deyilir.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Avstriyanın Moskva və Vyana münasibətlərində iki rus diplomatına “persona non-qrata” qərarından sonra “işləri çox çətinləşdirəcək heç nə yoxdur”.
“Orada çətinləşdirəcək çox şey yoxdur. Əslində, Xarici İşlər Nazirliyi hər şeyi deyib”, – Peskov bildirib.
Bundan əvvəl Avstriya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin iki əməkdaşını “diplomatik statuslarına uyğun olmayan hərəkətlər”lə əlaqədar ölkədən çıxarmaq qərarına gəlib.
Gununsesi.info