
Finlandiya Ukraynaya 23-cü hərbi yardım paketini göndərəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Finlandiya Prezidenti Aleksandr Stubbın ofisinin saytında məlumat verilib.
“Kiyevdə prezident Stubb Finlandiyanın Ukraynaya 23-cü müdafiə yardımı paketini göndərmək qərarından da danışıb. Onun dəyəri 188 milyon avro təşkil edir”, – ofisin açıqlamasında deyilir.
Gununsesi.info