Bayden İsraili ittiham etdi

“İsrail mülki şəxsləri, ehtiyaclıları yardım çatdırmağa çalışan yardımsevər işçiləri qorumaq üçün yetərincə hərəkət etmədi”.

 

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İsrailin Qəzzada “World Central Kitchen” (WCK) 7 əməkdaşının ölümü ilə nəticələnən hücumu ilə bağlı verdiyi açıqlamada deyib.

O, WCK-nin 7 əməkdaşının həlak olmasına görə üzgün olduğunu, eyni zamanda hadisəyə qəzəbləndiyini bildirib.

“Dünya Mərkəzi Mətbəxindən biri amerikalı olan işçilər  müharibənin ortasında ac qalan dinc əhaliyə yemək vermək üçün çalışırdılar. Onlar cəsarətli və fədakar idilər. Onların ölümləri faciədir. Bu yaxın tarixdə ən pis hadisələrdən biri idi. Bu, Qəzzada humanitar yardımın paylanmasının bu qədər çətin olmasının əsas səbəblərindən biridir, çünki İsrail mülki şəxslərə çox ehtiyac duyulan yardımı çatdırmağa çalışan yardım işçilərini qorumaq üçün kifayət qədər iş görməyib. Dünənki hadis baş verməli deyildi. İsrail də mülki insanları qorumaq üçün kifayət qədər səy göstərmədi. ABŞ mülki əhalinin tələfatının qarşısını almaq üçün İsraili dəfələrlə HƏMAS-a qarşı hərbi əməliyyatlarını humanitar əməliyyatlardan ayırmağa çağırıb”-deyə Bayden vurğulayıb.

Bayden İsrailə“təzyiq” etməyə davam edəcəklərini, eyni zamanda Qəzzadakı fələstinlilərə, mülki vətəndaşlara humanitar yardımların davam edəcəyini deyib.

 

 

Gununsesi.info