
Almaniyada terror hazırlığında olan şəxs saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Deutsch Welle” məlumat yayıb.
Bildirilib ki, hadisə Kastrop-Rauksel şəhərində qeydə alınıb. Saxlanılan şəxs İran İslam Respublikasının vətəndaşıdır.
Onun üzərindən partlayıcı hazırlamaq üçün istifadə olunan zəhərli kimyəvi maddələr aşkarlanaraq götürülüb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Gununsesi.info