
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Gununsesi.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 8 266 908 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816 404 nəfər müalicə olunaraq sağalıb,10 020 nəfər vəfat edib, aktiv xəstə sayı 484 nəfərdir.
Son sutka ərzində 2472, hazırkı dövrədək isə 7 443 931 test aparılıb.
Gununsesi.info