
Ermənistanın Qeqarkunik rayonundakı Nerkin Getaşen-Martuni yolunda iki avtomobilin toqquşması yanğına səbəb olub.
Gununsesi.info xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yanvarın 7-də saat 16:21 radələrində baş verib.
Shamshyan.com kriminal xəbər saytının məlumatına görə, iki “Opel” markalı avtomobilin toqquşması nəticəsində yanğın baş verib. Maşınlardan birində 3 cəsəd, digərində isə 2 yanmış cəsəd tapılıb.
Gununsesi.info