Sarıqamış şəhidlərinin anım mərasimində tavan uçdu - VİDEO

Sarıqamış əməliyyatının 108-ci ildönümü tədbirləri çərçivəsində Qarsın Sarıqamış rayonundakı oteldə baş tutan sənədli filmin qala gecəsi zamanı zalın tavanı uçub.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Hadisə yerinə sağlamlıq, polis, xilasetmə və jandarma qrupları və çox sayda təcili yardım avtomobili sövq edilib.

İlk təsbitlərə görə, hadisə zamanı yüngül yaralanan 10 nəfər Sarıqamış Dövlət Xəstəxanasına aparılıb.

Gununsesi.info