İran Türkiyə və Suriya arasındakı yaxınlaşmadan məmnundur – Nazir Abdullahiyan

  • By arzu
  • 13 Yanvar 2023 21:59

İranın XİN başçısı Əmir Abdullahiyan rəsmi Ankara və Suriya arasındakı münasibətlərin yaxınlaşması haqqında danışıb.

 

HTML tutorial

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İranın xarici işlər naziri Əmir Abdullahiyan ölkəsinin Türkiyə-Suriya yaxınlaşmasından məmnunluğunu dilə gətirib. Livanın paytaxtı Beyrutda mətbuat toplantısı zamanı açıqlama verən İran rəsmisi söyləyib ki, davam edən müzakirə prosesi var.

“İki ölkə arasındakı problemlərin həlli üçün yürüdülən görüşləri məmnuniyyətlə qarşılayırıq. Görüşlərin iki ölkənin maraqlarına müsbət təsir edəcəyinə inanırıq”, – deyə İran XİN-in Baş diplomatı urğulayıb.

Abdullahiyan görüşlərin bir sonrakı addımında iki ölkənin XİN başçılarının bir araya gəlməsinin gözlənildiyini bildirib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info