
Gəncədə evdə partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, 1988-ci il təvəllüdlü T. Seyidova hamam otağının işığını yandıran zaman qaz sobasında sızma olduğu üçün ani alovlanmadan partlayış olub.
Partlayış nəticəsində T.Seyidova bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb. O xəsətəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Gununsesi.info